Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Azərbaycanın daha iki qadın şahmatçısı 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

Sportline.az xəbər verir ki, bu Günay Məmmədzadə və Ülviyyə Fətəliyevanın Çexiyanın paytaxtı Praqada keçirilmiş Avropa çempionatında medal qazanması sayəsində mümkün olub.

Yarışda ümumilikdə 103 iti zəka sahibi iştirak edəcək.

Dünya Kubokunun ümumi mükafat fondu 676 250 ABŞ dollarıdır. Qalib şahmatçı 50 000 dollar, ikinci və üçünçü yerin sahibləri müvafiq olaraq 25 000 dollar və 35 000 dollar əldə edəcək.

Qeyd edək ki, Dünya Kuboku 2023-cü ilin ikinci yarısında gerçəkləşəcək. Dəqiq tarix və yarışın keçiriləcəyi ölkə hələlik bəlli deyil. Daha əvvəl Gülnar Məmmədova bu turnirdə iştirak hüququna yiyələnib. Günay Məmmədzadə Avropa çempionatında gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medal əldə edib.