Azərbaycanın voleybol milliləri növbəti matçlarına çıxacaqlar

Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər.

Sportline.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu qadınlardan ibarət komanda Qızıl Avropa Liqasında Monteneqro ilə üz-üzə gələcək.

Slovakiyanın paytaxtı Bratislavadakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Milli daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3 hesabı ilə uduzub.

Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Gürcüstan seçməsinin müqavimətini qırmağa çalışacaq. İsveçdə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Yığma ötən gün meydan sahiblərinə məğlub olub - 0:3.