Azərbaycanın voleybol millisi gümüş medal qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanıın paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Sportline.az xəbər verir ki, milli finalda Türkiyə seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.