Azərbaycanın voleybol millisi III MDB Oyunlarına qələbə ilə başlayıb

Azərbaycanın 15 yaşadək qadınlardan ibarət voleybol millisi III MDB Oyunlarına qələbə ilə başlayıb.

Sportline.az-ın yarışa ezam olunan əməkdaşı xəbər verir ki, A qrupunun oyunu çərçivəsində Gəncə İdman Sarayında Tacikistanla qarşılaşan yığma 3:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, günün ilk görüşündə Belarus seçməsi Qırğızıstana eyni hesabla qalib gəlib.