Azərbaycanla oyun üçün 25 futbolçu

Dünya çempionatının təsnifat mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq San-Marino komandasının heyəti müəyyənləşib. SportLineaz xəbər verir ki, baş məşqçi Pyer Anjeli Manzaroli millimizə qarşı görüş üçün 25 futbolçuya dəvət göndərib:

Qapıçılar: Cakomo Muraccini, Elia Benedettini, Junior Aldo Simonçini, Mattia Manzaroli

Müdafiəçilər: Marko Berardi, Della Valle Alessandro, David Sezarini, Kristian Brolli, David Simoncini, Covanni Bonini, Mirko Palazzi, Karlo Valentini, Fabio Vitaoli

Yarımmüdafiəçilər: Pietro Kalzolari, Lorenzo Qasperoni, Luka Çeççaroli, Nikola Çiaruzzi, Enriko Qolinuççi, Danilo Rinaldi, Luka Tosi

Hücumçular: Matteo Vitayoli, Filippo Berardi, Xose Adolfo Hirş, Mattia Stefanelli, Alessandro Biançi

Qeyd edək ki, San-Marino – Azərbaycan matçı sentyabrın 4-də saat 18:00-da start götürəcək. Görüş Serravalledə baş tutacaq.