Azərbaycanlı boksçu İrəvanda erməniyə qalib gəldi

Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında yerli idmançıya qalib gəlib.

Sportline.az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Nəbiyev ilk döyüşündə Canik Sahakyanı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Elmir Nəbiyev Xorvatiyanın Poreç şəhərində keçirilən U-22-lər arasında son Avropa çempionatının yarımfinalında yığmamızın üzvü Ruslan Qədirovla qarşılaşıb və Azərbaycan boksçusu finala yüksəlib. 

Əlavə edək ki,  Azərbaycan millisi bu Avropa çempionatında iştirak etmir.