Azərbaycanlı futbolçu rəmzi komandada
Qadınlardan ibarət Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyeva Rusiya çempionatının XXVI turun rəmzi komandasına cəlb olunub.
Sportline.az xəbər verir ki, "Zenit"in futbolçusu ÇSKA ilə oyundan (0:1) sonra fərqləndirilib.
O, Moskva təmsilçisi ilə görüşdə start heyətində meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Zenit" 2025/2026 mövsümünü 52 xalla 3-cü pillədə başa vurub.
Mirzəliyeva 10, 12-ci və 17-ci turlarda da rəmzi heyətdə yer almışdı.