Azərbaycanlı futbolçu rəsmən "Rostov"da
Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyevin “Rostov” klubuna keçidi rəsmiləşib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi mayın 31-nə qədər Rusiya təmsilçisində icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, A.Quliyev son iki mövsümü “Anji”də keçirib.