Azərbaycanlı futbolçunun klubu Ukrayna ordusuna avtomobillər bağışlayıb

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin çıxış etdiyi "Kolos" klubu Ukrayna Silahlı Qüvvələrinə daha 3 avtomobil bağışlayıb.

Sportline.az xəbər verir ki, bunlar Kovalivka təmsilçisinə 3 milyon qrivnaya (179 min 189 manat) başa gəlib.

Qeyd edək ki, “Kolos” daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün 9 avtomobil verib. Anatoli Nuriyev 2021-ci ildən bu klubun formasını geyinir.