Azərbaycanlı hakim beynəlxalq yarışa təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Sportline.az xəbər verir ki, məlumatı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti yayıb. 

Ədalət təmsilçimiz 18 yaşadək oğlanlar arasında keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında hakimlik edəcək.

Yarış noyabrın 20-23-də Latviyanın Dauqavpils şəhərində baş tutacaq.

Turnirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Estoniya, Latviya və Polşanın milli komandaları mübarizə aparacaq.