Azərbaycanlı hakim Çempionlar Liqasında

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan təyinat alıb.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində “Allstars” (Avstriya) – “Luxol St. Andrevs” (Malta) oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 28-də keçiriləcək.