Azərbaycanlı mütəxəssilər Avstriyada

Avstriyanın Mittersil şəhərində Beynəlxalq Cüdo Federasiyasının (İJF) təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib. SportLine.az xəbər verir ki, İJF-in prezidenti Marius Vizerin də iştirak etdiyi seminar həm nəzəri, həm də praktiki hissədən ibarət olub.

Tədbirdə cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.

Beynəlxalq seminarda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və regionlarda cüdonun inkişafı sektorunun müdiri, məşqçi Tərlan Poladov da iştirak edib.

Azərbaycan Cüdo Federasiyasının məlumatı