"Azərreyl" növbəti transferini açıqlayıb

Azərbaycanın qadınlardan ibarət "Azərreyl" voleybol klubu növbəti transferini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Braziliyalı hüçumçu Qraziele Souza 2025/2026 mövsümündə komandanın formasını geyinəcək.

Voleybolçu daha əvvəl Polşa, İspaniya, Fransa və Yunanıstan klublarında çıxış edib.