“Azərreyl”dən yeni transfer
Qadın voleybolçulardan ibarət "Azərreyl" komandası serbiyalı oyunçu ilə anlaşıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni mövsümdən etibarən Ana Krulj komandanın uğurları üçün çalışacaq.
O, əvvəlki illərdə Serbiya, Almaniya kimi ölkələrin çempionatlarında çıxış edib.