"Azərreyl"dən yeni transfer

Qadınlardan ibarət "Azərreyl" voleybol komandası heyətinə yeni oyunçu cəlb edib.

Klubdan Sportline.az-a verilən məlumata görə, braziliyalı diaqonal hücumçu Natiele Qonçalves cari mövsümün sonuna qədər "Azərreyl"in şərəfini qoruyacaq.

34 yaşlı voleybolçu beynəlxalq təcrübəsi və güclü hücum potensialı ilə seçilir.