"Bağçaşəhər" basketbol komandasının yeni prezidenti bəlli oldu

"Bağçaşəhər" basketbol klubunun yeni prezidenti Begüm Yücəl olub. 

Sportline.az Sportx.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə basketbolunda ilk dəfə qadın prezident klubu idarə edəcək. Begüm Yücəlin həyat yoldaşı Hasan Yücəl isə "Beşiktaş"ın 2-ci prezidenti seçilib. 

Begüm Yücel mediayla görüşü zamanı "Basketbol komanda oyunudur və mən də bu oyunun bir parçası olmağa hazıram",-deyib. 

Qeyd edək ki, Begüm Yücəl "Bağçaşəhər" klubu ilə Avropa kubokunun qalibi olmaq istədiyini bildirib.