Bakıda "Alanyaspor"un futbol məktəbinin açılışı oldu

Türkiyənin "Alanyaspor" klubunun Azərbaycanda futbol məktəbinin açılışı olub. 

Sportline.az xəbər verir ki, Yasamal rayonunda yerləşən  "Royal Park"ın ərazisindəki qapalı futbol meydançasında baş tutan açılış'' a "Alanyaspor"un prezidenti Hasan Çavuşoğlu, AFFA-nın baş katibi Sərxan Hacıyev, habelə Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri qatılıblar. 

"Gold Seven" menecer şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirdə iştirak edən "Neftçi"nin futbolçusu Azər Salahlı Çavuşoğluna özünün Azərbaycan millisində geyindiyi formanı hədiyyə edib. Təsadüfi deyil ki, Salahlının agenti "Gold Seven" menecer şirkətidir.

Banner