Bakıda idmançı zalda ölü tapıldı

Bakıda idman zalında məşq edən idmançının ölüm səbəbi açıqlanıb.

Sportline.az xəbər verir ki, zalın sahibi Ceyhun Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, idmançının meyiti bu gün saat 13:00 radələrində zalın daxilində olan istirahət otağında tapılıb:

"Teymur Məmmədrzayev anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Ekspertizanın rəyinə görə, onun epilepsiyası tutub və vəfat edib".

O qeyd edib ki, T.Məmmədrzayev yarışa hazırlaşırdı və zalda məşq edirmiş.