"Bakıda oynamaq elə də çətin deyil".
"Görək, qrupun son matçında nə baş verəcək. Rəqib normal komandadır. Bununla belə, Bakıda oynamaq elə də çətin deyil".
Sportline.az xəbər verir ki, bunu Qazaxıstan yığmasının sabiq baş məşqçisi Arno Paypers Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan sonra mətbuat konfransında deyib.
Niderlandlı mütəxəssis bildirib ki, qələbə qazanmaq üçün yaxşı şans var: "Qazaxıstan qrupda heyrətamiz nəticə göstərib. Deməli, səfərdə 1:1 hesablı heç-heçə normal olmalıdır".
Arno Paypers 2005 - 2008-ci illərdə Qazaxıstan seçməsinə rəhbərlik edib.
Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.