Bakıdakı Böyük Dəbilqə nə vaxt keçiriləcək?

2022-ci ildə Bakıda təşkil olunacaq cüdo üzrə Böyük Dəbilqə turnirinin vaxtı dəqiqləşib.

Sportline.az Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, yarış 4 - 6 noyabrda baş tutacaq.

Qeyd edək ki, bu ilki Böyük Dəbilqə 5 - 7 noyabrda olmuşdu.