Balotelli rəsmən İsveçrə klubunda

Türkiyənin “Adana Dəmirspor” klubu futbolçusu Mario Balotellini satıb.

Sportline.az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İtaliya millisinin sabiq üzvü İsveçrə “Sion”una keçib. Türkiyə təmsilçisi bu transferdən 2 milyon 620 min avro qazanıb. Balotelli yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mario Balotelli “Adana Dəmirspor”a ötən ilin iyul ayında azad agent kimi keçmişdi. O, ötən mövsüm bu komandada 33 oyunda 19 qol vurub, 4 məhsuldar ötürmə edib.