"Barselona" 200 milyon avroluq təklifi qəbul etməyib

"Barselona" Lamin Yamal üçün təklif olunan 200 milyon avronu qəbul etməyib.

Sportline.az Sporx.com-a isitinadla xəbər verir ki, "kataloniyalılar" gənc hücumçunu satmaq istəmirlər.

İspaniyalı gənc hücumçu Lamin Yamal isə məsələ ilə bağlı açıqlamasında :"Klub prezidentinə təşəkkür edirəm. "Barselona"da çox xoşbəxtəm. Lionel Messi, Xavi Ernandez və İniesta kimi əfsanəvi futbolçuların rekordlarını yeniləmək istəyirəm",-deyib.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona" forması ilə çıxdığı 40 oyunda 6 qol, 7 asistlə yadda qalıb.