"Barselona" Amrabatla maraqlanır

"Barselona" Sofian Amrabatla maraqlanır.

Sportline.az "Correre dello Sport"a istinadən xəbər verir ki, "Fiorentina"nın yarımmüdafiəçisi İspaniya klubu üçün əsas transfer hədəfidir. Futbolçunun özü də "Blauqrana"ya qoşulmaq istəyir. 

İtalyanlar yarımmüdafiəçinin dəyərinə uyğun gələn transfer təkliflərini gözləyir. Fiorentina ən az 30 milyon avro istəyir.

Ötən mövsüm A seriyasında Amrabat 29 oyun keçirib, 1 məhsuldar ötürmə edib və 11 sarı vərəqə alıb.