"Barselona" "Atletiko Madrid"ə qarşı

Bu gün İspaniya La Liqasının 19-cu turunun 1 oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, "Barselona" "Spotify Nou Kamp"da "Atletiko Madrid"lə üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda meydan sahiblərində Ronald Arauxo, Mark Andre-Ter Ştegen, Fermin Lopez və Qavi zədəlidir.

Dieqo Simionenin komandasında isə Markos Lorente və Robin Le Normand görüşün iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 12-də səslənəcək matçı Rikardo De Burqos Benqoetçeya idarə edəcək.