"Barselona" ona görə "Atletiko"ya 40 milyon avro ödəyəcək

"Barselona" "Atletiko Paranaense"nin hücumçusu Vitor Rokeni transfer etməyə razılaşıb.

Sportline.az AS nəşrinə istinadən xəbər verir ki, transfer bütün səviyyələrdə razılaşdırılıb, lakin kataloniyalıların yeni oyunçunu qeydiyyatdan keçirmək imkanı olmayana qədər tamamlanmayacaq. Bunun üçün onlara ən azı üç futbolçunun getməsi lazımdır.

Hücumçu ilə 5 illik müqavilə razılaşdırılıb. "Blauqrana" Braziliya klubuna 3 hissəyə 40 milyon avro ödəyəcək.