"Barselona" klubu "Liverpul"un hücumçusu ilə maraqlanır
"Barselona" yayda komandanı tərk etməsi gözlənilən Rafinyanın boşluğunu kolumbiyalı futbolçu ilə doldurmaq istəyir.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, katalon təmsilçisi Luis Dias üçün yaxın günlərdə "Liverpul"a rəsmi təklif göndərəcək.
27 yaşlı hücumçunun İngiltərə klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.
Luis Diaz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxdığı 51 oyunda 13 qol və 5 asistlə yadda qalıb.
Qeyd edək ki, Diaz 2022-ci ildə "Porto"dan "Liverpul"a 50 milyon avro qarşılığında transfer olunub.