"Barselona" "Liverpul"u 150 milyon avroya razı saldı

"Barselona" Filipe Koutinyonun transferi məsələsini həll edib. SportLine.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu "Liverpul"la yekun razılıq əldə edib.

Buna əsasən, braziliyalı yarımmüdafiəçi yanvar ayında "Barsa"ya keçəcək. "Mersisaydlılar" bu transferdən 150 milyon avro qazanacaq.

► İNYESTA VƏ RAKİTİÇ "BARSA" RƏHBƏRLİYİNƏ QARŞI ÇIXDI

Qeyd edək ki, La Liqa təmsilçisi yay transfer pəncərəsində də 25 yaşlı futbolçunu heyətinə qatmaq üçün səy göstərsə də, "Liverpul"un istədiyi məbləği ödəmədiyi üçün məsələ həllini tapmamışdı.