İnyesta və Rakitiç "Barsa" rəhbərliyinə qarşı çıxdı

"Barselona"nın futbolçuları Andres İnyesta və İvan Rakitiç klubun transfer siyasətinə narazılıq nümayiş etdirib. SportLine.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə futbolçuların Filipe Koutinyonun transferinə qarşı olduqları bildirilib. Onlar braziliyalı üçün külli miqdarda vəsait xərcləməyə hazırlaşan "Barsa" rəhbərliyini tənqid ediblər.

Qeyd edək ki, Kataloniya klubu yanvar ayında "Liverpul"un 25 yaşlı yarımmüdafiəçisini heyətinə qatmağı planlaşdırır. Futbolçunun keçidi üçün, ən azı, 150 milyon avro ödənəcəyi və F.Koutinyonun klubda Lionel Messidən sonra ən çox maaş alacaq futbolçu olacağı gözlənilir.