"Barselona" müdafiəçisini icarəyə verib
İspaniyanın "Barselona" klubunun futbolçusu Samuel Umtitini icarəyə verib.
Sportline.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi karyerasını İtaliyanın "Leççe" klubunda davam etdirəcək.
Fransalı oyunçunun icarə müddəti 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Samuel Umtiti 2016-cı ildən "Barselona"da çıxış edir. Fransalı oyunçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-cı ildə başa çatmalıdır.