"Barselona" onunla razılığa gəldi

"Barselona" heyətinə yeni futbolçu qatmağa hazırlaşır. 

Sportline.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Kataloniya klubu "Vilyarreal"dan Xuan Foitlə razılaşıb. "Barselona"nın 24 yaşlı müdafiəçiyə görə 42 milyon avro ödəyəcəyi bildirilir. 

Qeyd edək ki, Foit 2021-ci ildən "Vilyarreal"da oynayır.

Banner