"Barselona" - "Real" matçında dünya rekordu

Qadın futbolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” – “Real” oyununda tarixi hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, “Nou Kamp” stadionundakı “El klasiko”nu 91 min 553 azarkeş izləyib.

Bu isə qadın futbolu tarixində yeni dünya rekordudur. Oyun “Barselona”nın 5:2 hesablı qələbəsi ilə bitib. İlk oyunda da rəqibini 3:1 hesabı ilə məğlub edən kataloniyalılar yarımfinalda “Arsenal” – “Volfsburq” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının final görüşü mayın 21-də İtaliyanın Turin şəhərində keçiriləcək.