"Barselona"da prezident seçkilərinin yeni tarixi bəlli oldu

İspaniyanın "Barselona" klubunda koronavirus pandemiyası səbəbindən təxirə salınmış prezident seçkilərinin yeni tarixi açıqlanıb.

Sportline.az RAC1 radiosuna istinadən xəbər verir ki, seçkilər martın 7-nə təyin olunub. Seçicilər namizədlərə poçt vasitəsilə səs verəcəklər.

Hazırda bu vəzifə üçün 3 nəfərin namizədliyi təsdiqlənib. Bunlar Joan Laporta, Viktor Font və Toni Freyşadır.

Daha əvvəl Emili Russo şəxsi səbəblərdən namizədliyini geri götürüb.

Qeyd edək ki, Laporta 2003-2010-cu illərdə də "Barselona"nın prezidenti olub. La Liqa təmsilçisində son olaraq bu vəzifəni Jozep Maria Bartomeu yerinə yetirib. O, ötən ilin oktyabrında istefa verib.