"Barselona"dan "Leççe"yə

İspaniyanın "Barselona" klubunun futbolçusu Samuel Umtiti karyerasını İtaliyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano bildirib.

Onun sözlərinə görə, 29 yaşlı müdafiəçi "Leççe"də çıxış edəcək. Umtiti artıq yeni klubu ilə şərtləri də razılaşdırıb. Fransalı oyunçunun növbəti həftə İtaliyaya yola düşəcəyi gözlənilir.

Qeyd edək ki, Samuel Umtiti 2016-cı ildən "Barselona"da çıxış edir. Fransalı oyunçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-cı ildə başa çatmalıdır.