“Barselona”nın arzusu

“Barselona” klubu “Atletiko Madrid” ilə hücumçu Julian Alvarez transferi üzrə ilkin danışıqlara başlayıb.

Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı forvardın transferi üçün Madrid klubuna marağını bildirib.

İspaniya mətbuatının məlumatına görə, tərəflər arasında təmas qurulub və danışıqlar məhsuldar davam edir. Hazırda klublar arasında rəsmi razılaşma yoxdur. 

Bununla belə, “Barselona” rəhbərliyinin hücum xəttini gücləndirmək üçün Julian Alvarezi əsas transfer hədəflərindən biri kimi gördüyü bildirilir.