"Barselona"nın transfer planı
"Barselona" Ferran Torresin yerinə namizəd kimi Yannik Ferreyra Karraskonu nəzərdən keçirir.
Sportline.az xəbər verir ki, kataloniyalılar ispan cinah oyunçusunun ayrılmaq istəməməsinə baxmayaraq onu satmaq istəyir. Onlar bunun üçün təxminən 40 milyon avro almağa ümid edirlər.
Bu transfer baş tutsa, "Barselona" "Atletiko"nun yarımmüdafiəçisi Yannik Karraskonu ala bilər. Bunun üçün Kataloniya klubu 16 milyon avro xərcləməlidir.
La Liqa mövsümünün 35 oyununda iştirak edən Yannik 7 qol vurub və 3 məhsuldar ötürmə edib.