Baş məşqçi istefaya göndərildi

"Şalke" baş məşqçi Tomas Raysı istefaya göndərib.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

"Şalke" rəhbərliyi bu addımı komandanın uğursuz çıxışı ilə əlaqələndirib.

Qeyd edək ki, II Bundesliqada mübarizə aparan "Şalke" 7 turdan sonra 7 xalla 16-cı pillədə qərarlaşıb.