"Bavariya" 27:0 hesabı ilə qalib gəldi
"Bavariya" yoldaşlıq görüşündə 27 qol vurub.
Münhen klubu mövsümöncəsi oyun çərçivəsində Rottax-Eqernlə qarşılaşıb. Qarşılaşma Almaniya çempionlarının 27:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk hissədə "Bavariya" 18 qol vurub: Mathis Tel və Camal Musiala hərəyə bir penta-trik, Serj Qnabri üç, Leroy Sane, Dayo Upamekano, Nussair Mazraoui, Konrad Laimer və Alfonso Deyvis hərəyə bir qol vurub.
Oyunun ikinci hissəsində Marel Zabitzer 5, Rafael Guerreiro, Rayan Gravenberh, Kingsley Coman və Sadio Mane isə hərəyə bir qol vurub.
Rottach-Egern Almaniyanın 9-cu divizionunda çıxış edən eyniadlı icmadan olan alman komandasıdır.