"Bavariya" azarkeşlərinə bəd xəbər: mövsümü başa vurdu

Almaniyanın “Bavariya” klubunun aparıcı futbolçusu Alfonso Devis üçün mövsüm başa çatıb.

Sportline.az xəbər verir ki, buna səbəb 22 yaşlı müdafiəçinin Bundesliqanın XXIX turunda “Maynts”la oyunda zədələnməsidir.

Komandasının 1:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın 9-cu dəqiqəsində əvəzlənən Kanada millisinin üzvünün əzələsində əzilmə aşkarlanıb. Klubun həkimi Devisin bərpasının təxminən 6 həftə çəkəcəyini açıqlayıb. Bu isə onun mövsümü erkən başa vurması anlamına gəlir.

Qeyd edək ki, Alfonso Devis bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 37 oyunda iştirak edib, 3 qol, 7 assistlə yadda qalıb.