"Bavariya" baş məşqçi ilə bağlı qərar verdi
"Bavariya" klubunun rəhbərliyi baş məşqçi Tomas Tuhellə yola davam edəcək.
Sportline.az xəbər verir ki, münhenlilər növbəti mövsümdə də komandanın sükanını ona etibar etmək niyyətindədirlər.
Bu haqda məşhur jurnalist Florian Plettenberq sosial şəbəkədə məlumat yayıb.
Rəsmi qərarın mayın 30-da klubun müşahidə şurasının iclasından sonra açıqlanacağı gözlənilir.
Qeyd edək ki, sona bir tur qalmış aktivində 68 xalı olan "Bavariya" lider "Borussiya"dan iki xal geri qalır.