"Bavariya" - "Borussiya" oyununda 4 qol
Almaniya Bundesliqasında 9-cu turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu gün 5 matç keçirilib. Turun mərkəzi oyununda "Bavariya" Dortmund "Borussiya"sını qəbul edib və heç-heçə edib - 2:2.
Qeyd edək ki, turnir cədvəlinə 17 xalla (8 oyun) "Union" başçılıq edir. "Frayburq" 17 xalla (8 oyun) 2-ci, "Bavariya" 16 xalla (9 oyun) 3-cü, Dortmund "Borussiya"sı 16 xalla (9 oyun) 4-cü, "Verder" 15 xalla (9 oyun) 5-cidir.
8 oktyabr
"Borussiya" (Dortmund) - "Bavariya" - 2:2
Qollar: Moukoko, 74, Modeste, 90+5 - Qoretska, 33, Sane, 53
Qırmızı vərəqə: Koman, 90-iki sarı vərəqə ("Bavariya")
"Auqsburq" - "Volfsburq" - 1:1
Qollar: Qumniy, 55 - Gerhardt, 27
"Bayer" - "Şalke" - 4:0
Qollar: Diabi, 38, Frimponq, 41, 53, Paulinyo, 90
"Bohum" - "Ayntraxt" - 3:0
Qollar: Hofmann, 71, Dika, 87-avtoqol, Forster, 90+1
"Maynts" - "Leyptsiq" - 1:1
Qollar: İnqvartsen, 45 - Nkunku, 80