"Bavariya" fikrində qətidir
Son günlər mediada "Bavariya"nın müdafiəçisi Alfonso Devisin komandanı tərk edəcəyi ilə bağlı xəbərlər yayılmaqdadır.
Sportline.az xəbər verir ki, klubun prezidenti Herbert Heyner bununla bağlı fikirlərini açıqlayıb.
"Alfonsonun bizimlə 2025-ci ilin iyun ayına qədər müqaviləsi var. Onu dünyanın ən yaxşı müdafiəçilərindən biri hesab edirəm.
Əlbəttə ki, Devisi komandada saxlamaq istəyirik. Ümid edirəm ki, o, da bu fikri dəstəkləyəcək".
Qeyd edək ki, "Real"a yollanmaq istədiyi bildirilən Alfonso Devis 2019-cu ildən "Bavariya"nın formasını geyinir.
Transfermarkt portalında onun transfer dəyəri 70 milyon avro kimi göstərilir.