"Bavariya" Keynlə bağlı qərar verib

"Bavariya" ingiltərəli futbolçusu Harri Keynlə yola davam edəcək. 

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu Keynə yeni müqavilə təklif edib.

31 yaşlı hüçumçu bu təklifə müsbət cavab verib.

Qeyd edək ki, Keynin hazır ki müqaviləsi 2027-ci ilin yayına qədərdir.

O bu mövsüm çıxış etdiyi 29 matçda 29 qol və 10 asistlə yadda qalıb.