"Bavariya" legioneri ilə vidalaşır
"Bavariya" Jerom Boatenqlə yolları ayıracaq.
Sportline.az Bild nəşrinə istinadla xəbər verir ki, buna əsas səbəb futbolçunun hələ baxılmayan cinayət işinin olmasıdır.
Onun sabiq qız tanışını döydüyü bildirilir.
Məhkəmə işi bəzi prosedur qaydalarında yol verilən səhv ucbatından başqa vaxta keçiriliib.
Qeyd edək ki, 10 il "Bavariya"nın şərəfini qoruyan Boatenq meydana çıxdığı 363 oyunda 10 qol və 25 məhsuldar ötürmə müəllifi olub.