"Bavariya" Müllerlə bağlı qərar verdi

"Bavariya" veteran futbolçusu Tomas Müllerlə yola davam edəcək. 

Sportline.az xəbər verir ki, münhenlilər 34 yaşlı hücumçu ilə yeni müqavilə imzalayacaqlar.

Gələn ilin sonunda müqaviləsinin müddəti bitəcək futbolçu ilə razılıq əldə olunub.

Bu haqda klubun fəxri prezidenti Uli Hennes Servus TV-yə açıqlamasında bildirib.

Qeyd edək ki, Müller cari mövsümdə meydana çıxdığı 18 oyunda iki qol və 5 asistlə yadda qalıb.