"Bavariya" "Napoli"nin futbolçusu ilə maraqlanır

"Napoli"nin müdafiəçisi Kim Min-Je "Bavariya" ilə maraqlanır.

Sportline.az "Foot Mercato"ya istinadən xəbər verir ki, Luka Hernandes PSJ-yə satılarsa, Münhen klubu "Napoli"nin oyunçusunu almağa çalışacaq. Koreyalını razı salmaq üçün rəhbərlik ona illik 10 milyon avro maaş təklif etməyə hazırdır.

Futbolçunun özü hələ də ona ən çox maraq göstərən "Mançester Yunayted"in olduğu Premyer Liqaya üstünlük verir .