“Bavariya” onunla razılaşa bilmir
“Bavariya” futbolçusu Serj Qnabri ilə yeni müqavilə üçün razılaşa bilmir.
Sportline.az xəbər verir ki, 26 yaşlı hücumçu klubun ina təklif etdiyi şərtlər ilə sözləşmə imzalamaq istəmir.
Almaniyalı futbolçu 2023-cü ilin yayında azad agent kimi komandanı tərk etmək istəmir. Qnabri Leroy Sane və Kinqsli Koman qədər maaş almaq fikrindədir. Bu, bonuslar nəzərə alınmasa, ildə təxminən 15 milyon avrodur. Onun hazırkı müqaviləsinin müddəti isə 2023-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Serj Qnabri bu mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb, 12 qol vurub və 7 qolun ötürməsini verib.