"Bavariya" Palinya məsələsini həll etdi

"Bavariya" Portuqaliya millisinin yarımmüdafiəçisi Joau Palinyanın transferi ilə bağlı məsələni həll edib.

Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Fabrisio Romano məlumat paylaşıb.

Onun sözlərinə görə, münhenlilər "Fulhem"lə razılığa gəliblər.

Palinyanın qış transfer pəncərəsində yeni komandasına qoşulacağı gözlənilir.