"Bavariya" PSJ-dən 60 milyon avro istəyir

"Bavariya" Lukas Ernandes üçün 60 milyon avrodan çox pul istəyir.

Sportline.az xəbər verir ki, müdafiəçi yay transfer pəncərəsində Münhen klubundan ayrılaraq PSJ-yə keçmək istəyir. Futbolçuya ən yaxşı təklifi parislilər edib.

"Bavariya" futbolçunu 60 milyon avroya və bonus ödənişlərinə satmağa hazırdır. PSJ hələ Almaniya klubuna təklif göndərməyib.