"Bavariya" qərarını verdi

"Bavariya"nın futbolçusu Jerom Boatenq bu mövsümün sonu Münhen təmsilçisini tərk edəcək.

Sportline.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub 32 yaşlı müdafiəçi ilə 2021-ci ilin yayı başa çatacaq müqaviləni yeniləməməyə qərar verib. Beləliklə, o, gələn yay azad agent olacaq.

Qeyd edək ki, Boatenqlə "Arsenal", "Çelsi", "Tottenhem"in maraqlandığı bildirilir.