"Bavariya" Superkubokun qalibidir

Almaniyada Superkubok uğrunda görüşdə Dortmund “Borussiya”sı “Bavariya” ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, Münhenin “Allianz” arenasında keçirilən oyun məhsuldar alınıb.

Matça daha yaxşı başlayan meydan sahibləri 18-ci dəqiqədə hesabı açıblar. Korentin Tolisso fərqlənib. Çox keçmədən daha bir qol vurulub. Bu dəfə Tomas Müller hədəfi dəqiq nişan alıb. Ruhdan düşməyən Dortmund futbolçuları əzmkar oyun göstəriblər. Yulian Brandt toplardan birinin əvəzini çıxıb. İkinci yarıda isə Erlinq Holan tarazlığı bərpa edib. 2-2. Görüşdə mübarizəyə 82-ci dəqiqədə yekun vurulub. Münhenlilərdən Yozua Kimmixin qolu komandasına qələbə qazandırıb.

Bununla da, “Bavariya” 8-ci dəfə Superkubok uğrunda görüşünün qalibi olub.